Polkovnik: "Çağırışçı çatışmazlığı Ermənistanı qadınları orduya cəlb etmək məcburiyyətində qoyub"

Polkovnik: "Çağırışçı çatışmazlığı Ermənistanı qadınları orduya cəlb etmək məcburiyyətində qoyub" Son illərdə Ermənistanın siyasi-ictimai çevrələrində qadınların hərbi xidmətə çağırılması ilə bağlı başlayan müzakirələr davam etməkdədir. İşğalçı ölkənin müdafiə naziri David Tonoyan bir neçə gün əvvəl ordunun tərkibində qadınlardan ibarət yeni diviziyanın yaradılması ilə bağlı göstəriş verib.
Qarabağ
483
29 Oktyabr , 2019 15:08
Polkovnik: Çağırışçı çatışmazlığı Ermənistanı qadınları orduya cəlb etmək məcburiyyətində qoyub

Son illərdə Ermənistanın siyasi-ictimai çevrələrində qadınların hərbi xidmətə çağırılması ilə bağlı başlayan müzakirələr davam etməkdədir. İşğalçı ölkənin müdafiə naziri David Tonoyan bir neçə gün əvvəl ordunun tərkibində qadınlardan ibarət yeni diviziyanın yaradılması ilə bağlı göstəriş verib.

Bəs real vəziyyət necədir? Qazanc məqsədi ilə Ermənistanı tərk edənlərin geri dönməməsi ölkədə doğum sayının da kəskin azalmasına gətirib çıxarıb. Sabit emiqrasiya ilə əhalinin azalması tendensiyası işğalçı ölkənin ordusunda qadınların xidmət keçməsini zərurətə çevirib və bunun üçün ordu strukturlarında dəyişikliklərin edilməsinə ehtiyac yaranıb. İşğalçı ölkədə bu məsələ ilə bağlı aparılan “islahatlar”ın mədəni dünyanın tələbi olduğu bildirilsə də, əsas məqsəd Ermənistan ordusunda insan resursu ilə bağlı yaşanan problemi həll, daha dəqiq desək, ört-basdır etməkdir. 

Ermənistanda davam edən acınacaqlı sosial-iqtisadi vəziyyət kişilərin kütləvi sürətdə ölkəni tərk etməsi ilə xarakterizə olunur və işğalçı ölkənin üzləşdiyi demoqrafik fəlakət, ordu strukturunu məhv edir. İndi isə Ermənistan, orduda yaşanan kadr böhranını qadınların hesabına həll etməyə çalışır. Ermənistan ordusunun xeyli hissəsinin Azərbaycanın işğal olunan ərazilərində yerləşdirildiyini nəzərə alsaq, deməli qadınların orduya cəlb olunması işğalçılıq siyasətini davam etdirmək naminə atılan addımdır. 

"Ermənistanda oğlan övladları 16 yaşa çatmamış ölkədən çıxarılır, ona görə də çağırışçı çatışmazlığı var".

Şair Ramaldanov

Полковник запаса Шаир Рамалданов:

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov “Report”a açıqlamasında bildirib ki, orduya qadınların cəlb olunması Ermənistan üçün təbii haldır: “Adətən, qadınları orduya ehtiyacdan çağırırlar. Yəni kişi çatışmazlığı olanda növbə qadınlara çatır. Bilirik ki, Ermənistanda valideynlər oğlan övladlarını 16 yaşa çatmamış ölkədən çıxarırlar və onların başqa ölkələrdə oxumasına və yaşamasına şərait yaradırlar. Bir sözlə, erməni valideynlər övladlarının hərbi qeydiyyata düşməmişdən öncə onları xarici ölkələrə yollayırlar. Çünki Ermənistan cəmiyyəti gənclərin işğalçı, separatçı rejimin tərkibində işğal olunmuş Dağlıq Qarabağda xidmət etməsinə etiraz edirlər. Həmin etirazlar dəfələrlə səslənib. Məsələnin əsas məğzi ondan ibarətdir ki, ölkədə çağırışçı çatışmır. Bu da Ermənistanı qadınları orduya cəlb etmək məcburiyyətində qoyub. Təbii ki, Ermənistan kişilərin çatışmazlığı səbəbindən bu addımı atır. Eyni zamanda Ermənistanda sosial durumun ağırlaşması səbəbindən kişilər qazanc məqsədi ilə xarici ölkələrə axışırlar”.

Ş.Ramaldanovun sözlərinə görə, həmçinin işğal altında olan hərbi hissə və birləşmələrdəki xaos, nizam-intizamsızlıq, ölüm hadisələri geniş vüsət alıb: “Ölüm hadisələri döyüş fəaliyyəti ilə deyil, digər özünə qəsd halları zamanı baş verir. Bu hal Ermənistan ordusunda baş alıb gedir. Çünki Ermənistan ordusunda şərait dözülməzdir. Prinsipcə, Ermənistan ordusu hərbi böhran yaşayır. Hazırda Ermənistanda çağırışla bağlı problemlər var. Ona görə də işğalçı ölkənin ordusunda qadınların kütləvi şəkildə hərbiyə cəlb olunması məsələsi bir neçə dəfə müzakirə edilib. Bu proses artıq həyata keçirilir və müqavilə əsasında qadınlar silahlı qüvvələrə çağırılır. Onlar hərbidə snayper və digər vəzifələri icra etmək üçün hazırlanırlar”.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Ermənistan ordusuna kütləvi şəkildə qadınların cəlb olunması o deməkdir ki, ordu ehtiyacları üçün qadınlardan yardım dilənir: “Axı hərbi deyəndə, hərbi xidmət deyəndə kişilərdən ibarət əsgər və zabitlər nəzərdə tutulur. Ermənistan hakimiyyəti orduda kişilərin yerlərini qadınlarla doldurmağı düşünürsə, təbii ki, bunun mənfi təsirləri də qaçılmazdır. Zarafatla desək, bununla da erməni ordusu qadınlaşdırılacaq”.

Son xəbərlər

Orphus sistemi