Ermənistan cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 35 dəfə pozub

Ermənistan cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 35 dəfə pozub Ordumuzun Qazax, Tovuz, Ağdam rayonlarındakı mövqeləri atəşə məruz qalıb
Qarabağ
25 Dekabr , 2016 09:50
Ermənistan cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 35 dəfə pozub

Bakı. 25 dekabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi