Ermənistan Azərbaycanla sərhədin demarkasiyasına başlamağa hazırdır

Ermənistan Azərbaycanla sərhədin demarkasiyasına başlamağa hazırdır Ermənistan Azərbaycanla dövlət sərədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır.
Qarabağ
483
20 Yanvar , 2022 12:14
Ermənistan Azərbaycanla sərhədin demarkasiyasına başlamağa hazırdır

"Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib.

“Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür. Söhbət razılaşmalardan gedir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan – Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi gücləndirmək istiqamətində addımlar atmaq, delimitasiya və demarkasiyaya dair üçtərəfli komissiya yaratmaq üçün çalışmaqla bağlı razılığa gəliblər” – o deyib.

Son xəbərlər

Orphus sistemi