Ermənistan Azərbaycanın döyüş məntəqəsini snayper atəşinə tutub, düşmən cavab atəşi ilə susdurulub

Ermənistan Azərbaycanın döyüş məntəqəsini snayper atəşinə tutub, düşmən cavab atəşi ilə susdurulub Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
Qarabağ
30 Avqust , 2019 09:14
Ermənistan Azərbaycanın döyüş məntəqəsini snayper atəşinə tutub, düşmən cavab atəşi ilə susdurulub

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, avqustun 29-da saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki Azərbaycanın sərhəd döyüş məntəqəsi snayper atəşinə tutulub, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub. 

Son xəbərlər

Orphus sistemi