​Ermənistan artilleriya qurğuları və tanklardan mövqelərimizi atəşə tutub

​Ermənistan artilleriya qurğuları və tanklardan mövqelərimizi atəşə tutub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
24 Aprel , 2016 09:21
​Ermənistan artilleriya qurğuları və tanklardan mövqelərimizi atəşə tutub

Bakı. 24 aprel. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, artilleriya qurğularından, həmçinin tanklardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 108 dəfə pozub.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 108 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi