Ermənilərin Şuşada basdırdıqları raketlər, mərmilər və minalar aşkarlandı

Ermənilərin Şuşada basdırdıqları raketlər, mərmilər və minalar aşkarlandı 2021-ci il 04-13 yanvar tarixlərində Azərbaycan Minatəmizləmə Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyy
Qarabağ
1286
16 Yanvar , 2021 03:20
Ermənilərin Şuşada basdırdıqları raketlər, mərmilər və minalar aşkarlandı

2021-ci il 04-13 yanvar tarixlərində Azərbaycan Minatəmizləmə Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Agentlikdən “Report”a verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 ədəd raket, 16 ədəd minaatan mərmisi, 15 ədəd əl qumbarası, 1 ədəd zenit top mərmisi, 48 ədəd partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ədəd ov tüfəngi,10 ədəd avtomat darağı, 7 584 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd süngü, 4 ədəd piyada əleyhinə mina (OZM-160), 400 qr partlayıcı (TNT), 1 ədəd boru şəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşut hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların 200 000 kv.m (20 ha) əraziyə yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi