Düşmən Tərtərə 50-yə yaxın top mərmisi atıb

Düşmən Tərtərə 50-yə yaxın top mərmisi atıb Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini yenidən atəşə tutur.
Qarabağ
1 Noyabr , 2020 11:35
Düşmən Tərtərə 50-yə yaxın top mərmisi atıb

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən saat 10 radələrindən başlayaraq, yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edib.

Ermənilər Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərinə ümumilikdə 50-yə yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

10:28

Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini yenidən atəşə tutur.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən bu gün saat 09:50 radələrindən başlayaraq, dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edir.

Ermənilər rayon ərazisinə 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Son xəbərlər

Orphus sistemi