Ermənilər Tərtər pambıq zavodunu vurdu

Ermənilər Tərtər pambıq zavodunu vurdu Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər rayonunda mülki obyekti - pambıqtəmizləmə zavodunu artilleriya atəşinə tutub.
Qarabağ
19 Oktyabr , 2020 18:31
Ermənilər Tərtər pambıq zavodunu vurdu

Video əlavə olunub

17:24

Tərtərdə pambıq zavodunun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Hazırda yanğın yanğınsöndürənlər tərəfindən söndürülür.

Əlavə məlumat veriləcək.

16:13

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Bu gün günorta saatlarında düşmən Tərtərdə yerləşən pambıq zavodunu atəşə tutub.

Nəticədə zavodda güclü yanğın başlayıb.

Foto:Seymur Kazımov

Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi