Ermənilər Şuşaya PKK terrorçularını gətirib

Ermənilər Şuşaya PKK terrorçularını gətirib Ermənistan Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Şuşa şəhərinə PKK terrorçularını gətirib.
Qarabağ
12455
25 Oktyabr , 2020 23:54
Ermənilər Şuşaya PKK terrorçularını gətirib

Ermənistan Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Şuşa şəhərinə PKK terrorçularını gətirib.

“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyinə kəşfiyyat mənbələrindən xəbər verilib.

Qeyd olunub ki, PKK terrorçuları Azərbaycan hərbi qulluqçularının hərbi geyim forması geyinib. Öldürülən terrorçular isə Azərbaycan tərəfindən Suriyadan gətirilən muzdlular kimi təqdim ediləcək.

Qeyd edək ki, əsir götürülən erməni hərbçi Mikayelyan Albert Yervandi müsahibəsində bildirib ki, Qarabağa kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər gətirilib. Muzdlular hər ay 600 ABŞ dolları alırlar.

Son xəbərlər

Orphus sistemi