Ermənilər Laçında axtardıqları əsgərlərinin meyitlərini aşkarladılar

Ermənilər Laçında axtardıqları əsgərlərinin meyitlərini aşkarladılar Ermənilərin Laçın rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 3 hərbçisinin meyiti tapılıb
Qarabağ
13 Fevral , 2021 01:13
Ermənilər Laçında axtardıqları əsgərlərinin meyitlərini aşkarladılar

Ermənilərin Laçın rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 3 hərbçisinin meyiti tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onların şəxsiyyəti hələ məlum deyil. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.

Məlumata görə, 2020-ci ilin 13 noyabrından indiyə kimi Qarabağda itkin düşmüş 1 374 erməni hərbçinin meyiti aşkarlanıb.

İtkin hərbçilərin axtarışları bu gün Hadrut və digər ərazilərdə davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi