Ermənilər Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb

Ermənilər Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb Ermənistanın silahlı qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndinə raket atıb.
Qarabağ
8162
25 Oktyabr , 2020 15:23
Ermənilər Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb

Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinin yaşadığı kəndləri hədəfə almaqda davam edir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, ermənilər Goranboy rayonunun dinc sakinlərin yaşadığı Meşəli kəndinə raket atıb.
Atılan raket qadağan olunmuş silahların siyahısında olan kaset başlıqlı sursatdır.
Hazırda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi çevik əməliyyat qrupu əraziyə gəlib və kəndə atılan 300 mm-lik 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edilib.

Son xəbərlər

Orphus sistemi