Müdafiə Nazirliyi: Ermənilər fərarilik edərək mövqelərini tərk edirlər

Müdafiə Nazirliyi: Ermənilər fərarilik edərək mövqelərini tərk edirlər Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur.
Qarabağ
6221
23 Oktyabr , 2020 08:51
Müdafiə Nazirliyi: Ermənilər fərarilik edərək mövqelərini tərk edirlər

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur.

Bu barədə "Report" Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.
Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Son xəbərlər

Orphus sistemi