MN: Ermənilər Azərbaycana məxsus heç bir tankı vurmayıb

MN: Ermənilər Azərbaycana məxsus heç bir tankı vurmayıb "Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”
Qarabağ
16 İyul , 2020 10:58
MN: Ermənilər Azərbaycana məxsus heç bir tankı vurmayıb
0 : 00
0 : 00

 “Azərbaycan tankı vurulmayıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Nazirlik rəsmisi Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib: “Bu yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.

Son xəbərlər

Orphus sistemi