​Ermənilər Azərbaycan ordusunun mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub

​Ermənilər Azərbaycan ordusunun mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub ​Ermənistan silahlı bölmələri atəşkəs rejimini 77 dəfə pozub
Qarabağ
6 İyul , 2015 09:53
​Ermənilər Azərbaycan ordusunun mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub

Bakı. 6 iyul. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri çaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 77 dəfə pozub. "Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, Ermənistanın İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Barekamavan, Şavarşavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Fərəhli və Kəmərli kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şuraabad, Kəngərli, Sarıcalı, Yusifcanlı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi