Ermənilər Azərbaycan ordusunun mövqelərini minaatanlardan atəşə tutub

Ermənilər Azərbaycan ordusunun mövqelərini minaatanlardan atəşə tutub Sutka ərzində atəşkəs rejimi 99 dəfə pozulub
Qarabağ
17 Avqust , 2015 09:17
Ermənilər Azərbaycan ordusunun mövqelərini minaatanlardan atəşə tutub

Bakı. 17 avqust. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə pozub.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirliyin xəbərinə görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Çaylı, Ağdam rayonunun Şıxlar, Kəngərli, Novruzlu, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Şuraabad, Sarıcalı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi