Ermənilər Ağdamın Şahbulaq qalasında qanunsuz arxeoloji qazıntı işləri aparır

Ermənilər Ağdamın Şahbulaq qalasında qanunsuz arxeoloji qazıntı işləri aparır Aşkar edilən dolçanın bizim eranın 2-3-cü əsrinə aid olduğu ehtimal edilir
Qarabağ
180
4 Avqust , 2017 10:01
Ermənilər Ağdamın Şahbulaq qalasında qanunsuz arxeoloji qazıntı işləri aparır

Bakı. 4 avqust. REPORT.AZ/ Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı işləri aparır.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, işğalçı ölkə nümayəndələrinin Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində apardıqları qazıntı nəticəsində dolça aşkar edilib.

Qazıntı işlərini Xankəndi Universitetinin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.

İnformasiyaya əsasən, aşkar edilən dolçanın bizim eranın 2-3-cü əsrinə aid olduğu ehtimal olunur. Başqa sözlə, onun Şahbulaq qalasından 300 il gənc olduğu bildirilir.

Xatırladaq ki, ermənilər qanunsuz arxeoloji qazıntı işləri aparmaqla yanaşı, tarixi saxtalaşdıraraq, Şahbulağın adını dəyişib “Tiqranakert” qoyublar. 

Son xəbərlər

Orphus sistemi