Erməni təxribatları ilə bağlı 150 ölkənin mədəniyyət nazirinə məlumat göndərilib

Erməni təxribatları ilə bağlı 150 ölkənin mədəniyyət nazirinə məlumat göndərilib “Biz bir çox təşkilatlara erməni təxribatları ilə bağlı məlumatlar göndərmişik. Həmçinin 150-yə yaxın mədəniyyət nazirlərinə mütrəmadi məlumatlar təqdim etmişik”.
Qarabağ
14 Yanvar , 2021 17:31
Erməni təxribatları ilə bağlı 150 ölkənin mədəniyyət nazirinə məlumat göndərilib

“Biz bir çox təşkilatlara erməni təxribatları ilə bağlı məlumatlar göndərmişik. Həmçinin 150-yə yaxın mədəniyyət nazirlərinə mütəmadi məlumatlar təqdim etmişik”.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.

“Biz UNESCO-dan istədiyimiz obyektiv yanaşmanı və qiymətləndirməni, təəssüf ki, görmədik. Onlar iki dəfə bəyanat verdilər və bu, bizi qane etmədi. Çünki onların bəyanatında Ermənistanın Azərbaycana qarşı mədəni terrorları pislənilməyib. Onların bəyanatlarındakı ikili standartlar bizi məyus etdi. Biz hazırda UNESCO ilə danışıqlar aparırıq. Onlar texniki missiyanı yerinə yetirmək missiyasında olsalar, bizim şərtlərlə yerinə yetiriləcək”,- nazir bildirib.

Son xəbərlər

Orphus sistemi