Erməni təcavüzü nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəyib, 989 baş mal-qara tələf olub

Erməni təcavüzü nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəyib, 989 baş mal-qara tələf olub Dekabrın 17-də Azərbaycan Respubliksanının Prezidentinin 14 dekabr 2020-ci il traixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziya
Qarabağ
1188
17 Dekabr , 2020 19:28
Erməni təcavüzü nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəyib, 989 baş mal-qara tələf olub

Dekabrın 17-də Azərbaycan Prezidentinin 14 dekabr 2020-ci il traixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamının icrası məqsədilə Nazirlər Kabinetinin Sərəncamı dərc edilib.

"Report" xəbər verir ki, Sərəncama əsasən, işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

İşçi Qruplarının fəaliyyəti nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəyib. Onlardan 300 fərdi yaşayış evi, 75 yardımçı tikili və 10 çoxmənzilli bina tamamilə dağılıb. 222 nəqliyyat vasitəsinə ziyan vurulub, onlardan 21-i tam yararsız vəziyyətdədir. 989 baş mal-qara tələf olub.

Son xəbərlər

Orphus sistemi