Erməni silahlı bölmələri qumbaraatanlardan da istifadə etməklə atəşkəs rejimini 39 dəfə pozub

Erməni silahlı bölmələri qumbaraatanlardan da istifadə etməklə atəşkəs rejimini 39 dəfə pozub Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Qarabağ
1 Noyabr , 2016 09:13
Erməni silahlı bölmələri qumbaraatanlardan da istifadə etməklə atəşkəs rejimini 39 dəfə pozub

Bakı. 1 noyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi