Erməni silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini 12 dəfə atəşə tutub

Erməni silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini 12 dəfə atəşə tutub Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
Qarabağ
7 İyul , 2016 09:19
Erməni silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini 12 dəfə atəşə tutub

Bakı. 7 iyul. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi