Erməni silahlı bölmələri atəşkəs rejimini 14 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 14 dəfə pozub Dörd rayonumuzda Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
Qarabağ
6 İyul , 2016 09:14
Erməni silahlı bölmələri atəşkəs rejimini 14 dəfə pozub

Bakı. 6 iyul. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi