Ermənistan tərəfi Azərbaycan ərazilərini atəşə tutub

Ermənistan tərəfi Azərbaycan ərazilərini atəşə tutub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
107
17 Oktyabr , 2014 09:44
Ermənistan tərəfi Azərbaycan ərazilərini atəşə tutub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərini atəşə tutublar.

Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi