Ərdoğan: "Qarabağ müharibəsi türk dünyasının önəmini göstərdi"

Ərdoğan: "Qarabağ müharibəsi türk dünyasının önəmini göstərdi" “Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərib”
Qarabağ
1693
19 Fevral , 2021 14:19
Ərdoğan: Qarabağ müharibəsi türk dünyasının önəmini göstərdi
Rəcəb Tayyib Ərdoğan
0 : 00
0 : 00

“Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərdi”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyası Meteoroloji Forumuna göndərdiyi təbrik məktubunda bildirib.

“Türk dünyası olaraq arxada qoyduğumuz müddətdə koronavirus pandemiyası səbəbi ilə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanı itirmə kədərini yaşadıq. Amma yenə də eyni dönəmdə 30 illik işğalın ardından Dağlıq Qarabağın yenidən ana vətənə qovuşması sevincini ürəkdən hiss etdik”, - Prezident vurğulayıb.

R.T.Ərdoğan 44 gün çəkən dastanvari müharibədə qazanılan böyük zəfər münasibətilə Azərbaycan xalqını təbrik edib: “Eyni dili danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu bu hadisə ilə göstərdik. Ailə fərdləri olaraq qarşımızdakı dövrdə əsl məsuliyyətimiz bu əlaqələri gücləndirmək, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirmək olmalıdır. Türk Dünyası Meteorologiya Birliyinin qurulması düşüncəsinin bu istiqamətdə atılmış təqdirəlayiq addım olduğunu düşünürəm”.

Son xəbərlər

Orphus sistemi