Ərdoğan: "Minsk qrupunun 30 ildə edə bilmədiyini 44 gündə gerçəkləşdirdik"

Ərdoğan: "Minsk qrupunun 30 ildə edə bilmədiyini 44 gündə gerçəkləşdirdik" “Dağlıq Qarabağda 30 illik gecikmə ilə də olsa, ədalətin təcəlli etməsini, bölgənin həsrət çəkdiyi sabitliyə qovuşmasını təmin etdik”
Qarabağ
12 Yanvar , 2021 16:15
Ərdoğan: Minsk qrupunun 30 ildə edə bilmədiyini 44 gündə gerçəkləşdirdik

“Dağlıq Qarabağda 30 illik gecikmə ilə də olsa, ədalətin təcəlli etməsini, bölgənin həsrət çəkdiyi sabitliyə qovuşmasını təmin etdik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə deyib.

“30 ildir Minsk qrupunun həll edə bilmədiyi və oradakı azərbaycanlı soydaşlarımızın öz ərazilərindən qovulduğu, oradan sürgünə göndərildiyi bu insanların torpaqlarını yenidən qazanmasına yardımçı olduq. Minsk qrupunun 30 ildə edə bilmədiyini verdiyimiz dəstəklə Türkiyə 44 gündə gerçəkləşdirib”, - dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi