Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə görüşü başa çatıb - YENİLƏNİB

Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə görüşü başa çatıb - YENİLƏNİB Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb.
Qarabağ
144
15 May , 2018 17:30
Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə görüşü başa çatıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. 

Görüşdə Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub. 

Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəliləməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.


*** 14:23

Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü başlayıb. 

Bunu "Report"a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, Ermənistandakı vəziyyət müzakirə olunur: "Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır" .

Son xəbərlər

Orphus sistemi