Elmar Məmmədyarov Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb - ƏLAVƏ OLUNUB

Elmar Məmmədyarov Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb - ƏLAVƏ OLUNUB Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün atılacaq addımlar müzakirə edilib
Qarabağ
2437
18 Yanvar , 2018 14:40
Elmar Məmmədyarov Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb - ƏLAVƏ OLUNUB

Bakı. 18 yanvar. REPORT.AZ/ Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a bildirib ki, görüşdə rusiyalı həmsədr İqor Popov, fransalı diplomat Stefan Viskonti və ABŞ-ın Minsk qrupundakı nümayəndəsi Endryu Şofer iştirak edir. 

E.Məmmədyarovla həmsədrlərin danışıqlarına həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.  

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün atılacaq addımlar müzakirə edilir. 

Xatırladaq ki, yanvarın 17-də Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş olub.

***

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri görüşü başa çatıb.

"Report" xəbər verir ki, görüşdə münaqişənin həlli məsələsi müzakirə olunub. 

Daha sonra Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb. 

Son xəbərlər

Orphus sistemi