Elmar Məmmədyarov: "Ermənistan hərbi birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin gərginləşməsinin əsas səbəbidir"

Elmar Məmmədyarov: "Ermənistan hərbi birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin gərginləşməsinin əsas səbəbidir" "Bu münaqişədə status-kvo davamlı ola bilməz"
Qarabağ
8 Dekabr , 2016 16:06
Elmar Məmmədyarov: Ermənistan hərbi birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin gərginləşməsinin əsas səbəbidir
Report

Bakı. 8 dekabr. REPORT.AZ/ "Ermənistan silahlı birləşmələrinin qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcudluğu münaqişənin gərginləşməsinin əsas səbəbidir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarındakı mövcudluğu siyasi həll üçün maneədir: "Bu ilin aprel ayında münaqişənin gərginləşməsi təmas xəttindəki mövcud vəziyyətin təhlükəli olduğunu və onun hər an pisləşə biləcəyini xatırlatdı. Yəqin ATƏT-də bu münaqişədə status-kvonun davamlı ola bilməməsi haqqında praktiki anlayış var".

Nazir Vyana və Sankt-Peterburqda yüksək səviyyədə aparılan müzakirələri yüksək qiymətləndirib və ATƏT-in Minsk qrupunun həmsədrlərinə göstərdikləri səylərə görə təşəkkür edib: "Bu dinamikanı qorumalı və bu görüşlərdə əldə olunan anlaşmaları fəaliyyətimizlə sübüt etməliyik. ATƏT-in Minsk qrupunun bu istiqamətdə addımlar atacağına ümid edirik".

E.Məmmədyarov bildirib ki, münaqişənin nəticələrinin dərhal aradan qaldırılması - Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, nəqliyyat və rabitə əlaqələrinin bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyiqli şəkildə öz torpaqlarına qaytarılması münaqişə dinamikasını dəyişməyə və ümumilikdə regionda təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmağa imkan verəcək.

Nazir təəssüflə vurğulayıb ki, Ermənistan tərəfi münaqişənin həlli üzrə danışıqlarda konstruktiv iştirak etmək istəmir: "Ermənistan işğal olunmuş ərazilərdə hərbi gücünü artırır, oradakı vəziyyəti dəyişir. Bax, bunlar Ermənistanın real məqsədlərini göstərir. Yaxın gələcəkdə Ermənistanın münaqişənin həlli üzrə danışıqlarda səmimi olub-olmayacağını və ya regionda qeyri-sabitliyi artırmağa davam edib-etməyəcəyini görəcəyik".

Son xəbərlər

Orphus sistemi