Elmar Məmmədyarov: "Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında danışıqların yanvarda davam etdirilməsi razılaşdırılıb"

Elmar Məmmədyarov: "Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında danışıqların yanvarda davam etdirilməsi razılaşdırılıb" Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində İtaliyanın Milan şəhərində keçirilən görüş zamanı danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.
Qarabağ
114
6 Dekabr , 2018 04:47
Elmar Məmmədyarov: Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında danışıqların yanvarda davam etdirilməsi razılaşdırılıb

Bakı. 6 dekabr. REPORT.AZ/ AzərbaycanErmənistan arasında xarici işlər nazirləri səviyyəsində İtaliyanın Milan şəhərində keçirilən görüş zamanı danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.

“Report” xəbər verir ki, bunu 5 dekabr tarixində Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə baş tutmuş görüşün yekununda XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir görüşün 3 saata yaxın davam etdiyini bildirib:

"Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb".

Son xəbərlər

Orphus sistemi