Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Elmar Məmmədyarov münaqişənin nizamlanmasına dair danışıqlar prosesi haqqında həmkarına məlumat verib
Qarabağ
8 Dekabr , 2016 17:37
Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində Almaniya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə ediblər və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi yollarına dair fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi haqqında həmkarına ətraflı məlumat verib.

XİN başçısı etimad quruculuğu tədbirləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi kimi məsələlərin müzakirəsinin münaqişənin həlli ilə bağlı aparılan substantiv danışıqlar prosesi ilə sinxronlaşdırılmasının və onun tərkib hissəsi olmasının vacibliyini vurğulayıb. 

Görüşdə həmçinin gündəlikdə olan digər məsələlər ərafında da ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi