Elçin Əmirbəyov: "Dünya ictimaiyyəti Ermənistanın müharibə cinayətlərinə lazımi təpki göstərmir"

Elçin Əmirbəyov: "Dünya ictimaiyyəti Ermənistanın müharibə cinayətlərinə lazımi təpki göstərmir" “Təəssüflər olsun ki, Ermənistanın törətdiyi müharibə cinayətlərə qarşı beynəlxalq ictimaiyyətin kifayət qədər təpkisi yoxdur. Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz”.
Qarabağ
3118
14 Oktyabr , 2020 16:54
Elçin Əmirbəyov: Dünya ictimaiyyəti Ermənistanın müharibə cinayətlərinə lazımi təpki göstərmir
Elçin Əmirbəyov
0 : 00
0 : 00

“Təəssüflər olsun ki, Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq ictimaiyyətin kifayət qədər təpkisi yoxdur. Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı addımlar atmağa hazırdır: “Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Sülh yolu ilə də olmasa, Azərbaycan hərb vasitəsilə ərazisini işğaldan azad edəcək”.

Son xəbərlər

Orphus sistemi