Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb Tanışlıqdan sonra İşçi Qrupun üzvləri müvafiq qeydiyyat işləri aparacaqlar.
Qarabağ
180
29 İyul , 2021 12:34
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupu Ağdamın tarixi mərkəzi hissəsi, Üzərliktəpə, İmarət kompleksi, Qiyaslı, Cümə məscidləri, Şahbulaq qalası, qəbristanlıqlarla tanış olacaq.

Tanışlıqdan sonra İşçi Qrupun üzvləri müvafiq qeydiyyat işləri aparacaqlar.

Son xəbərlər

Orphus sistemi