B.Şafferin fikrincə, Rusiya 90-cı illərdən qonşu dövlətlərdə separatçıları fəal şəkildə dəstəkləyir. Hazırda Rusiya Ukraynadakı sabitliyi pozmaqla yanaşı Cənubi Qafqazı da "silkələməyə" çalışır. Şaffer yazır ki, avqust ayının əvvəllərindən Rusiya Azərbaycan və Ermənistan arasında münaqişəni qızışdırmağa cəhd edir.
Ekspert hesab edir ki, Rusiya Dağlıq Qarabağ üçün yeni sxemlər icad etməyəcək. Şafferin fikrincə, Rusiya mübahisəli əraziyə öz "sülhməramlı" qüvvələrini yeritməyə və nəzarəti ələ almağa çalışır. Ekspert Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin avqust ayının 9-da Soçidə keçirilən üçtərəfli görüşün nəticələrini də şərh edib. O bildirib ki, Rusiya xilaskar maskası altında gizlənərək "Rus dünyasına" daha bir ərazini birləşdirmək üçün əlindən gələni edəcək. "Vaşinqton niyə hələ də Gürcüstan və Ukraynada baş verən hadisələrdən dərs almayıb?" - deyə, Şaffer soruşub.
"Rusiyanın dağılan imperiyanı bərpa etmək üçün növbəti hədəfi Dağlıq Qarabağ olacaq" - deyə, ekspert qeyd edib.