Əflatun Amaşov: "Lapşinin gətirilməsi Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir"

Əflatun Amaşov: "Lapşinin gətirilməsi Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir" "Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb"
Qarabağ
8 Fevral , 2017 14:04
Əflatun Amaşov: Lapşinin gətirilməsi Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir

Bakı. 8 fevral. REPORT.AZ/ "Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir. Hər iki halda Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası son dərəcə mühüm hadisədir: "Lapşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçmiş, ölkəmizin qanunlarına məhəl qoymayıb. Üç ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz zaman-zaman lapşinləri, ona oxşar nələrisə az görməmişik. Lapşin söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə "bəhrələnmənin" bariz nümunəsidir. Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir aidiyyatı yoxdur. Düşünürəm ki, bu şəxsin Azərbaycanın timsalında məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir".

Ə.Amaşov vurğulayıb ki, Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tam həssaslıqla yanaşdığının, bu istiqamətdəki hər hansı diskonfortu aradan qaldırmaq əzminin, iradəsinin, barışmazlığının, qətiyyət və prinsipiallığının dünyaya növbəti nümayişidir.

Son xəbərlər

Orphus sistemi