“Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı olub

“Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı olub Aprelin 1-də Əmək və Sosial Münasibətlər Akademiyasında Binəqədi şəhidlərinin xatirəsinə həsr olunmuş “Əbədiyyata qovuşanlar” kitabının təqdimatı olub.
Qarabağ
1 Aprel , 2022 18:51
“Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı olub

Aprelin 1-də Əmək və Sosial Münasibətlər Akademiyasında Binəqədi şəhidlərinin xatirəsinə həsr olunmuş “Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı olub.

“Report” xəbər verir ki, tədbirdə yerli icra hakimiyyəti orqanının nümayəndələri və şəhid ailələri iştirak ediblər.

Bildirilib ki, vəsait gələcək nəsillərin Qarabağ həqiqətlərini daha yaxşı mənimsəmələri üçün əvəzsiz mənbələrdəndir.

Kitabı “İnkişaf” Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyi hazırlayıb. Toplu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə tərtib edilib. 73 şəhid haqqında məlumatın, xatirələrin toplandığı kitab “Şəhidlərimizi tanıyaq və tanıdaq” layihəsi çərçivəsində nəşr olunub. Kitabda, həmçinin şəhid jurnalist Məhərrəm İbrahimov haqqında məqalə də dərc edilib.

Son xəbərlər

Orphus sistemi