Düşmənin Tərtərdə toplarla dağıtdığı evlər

Düşmənin Tərtərdə toplarla dağıtdığı evlər Dünən - oktyabrın 2-də düşmən yenə dinc əhalini həfə hədəf alıb. Yalnız həmin gün ərzində Tərtərə 2 mindən çox mərmi düşdü.
Qarabağ
10170
3 Oktyabr , 2020 11:37
Düşmənin Tərtərdə toplarla dağıtdığı evlər

Dünən - oktyabrın 2-də düşmən yenə dinc əhalini hədəf alıb. Yalnız həmin gün ərzində Tərtərə 2 mindən çox mərmi düşdü.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Mülki evlərə, mülki obyektlərə və inzibati ərazilərə ziyan dəyib. 

Həmçinin düşmənin atdığı "Qrad" mərmisi evlərə, məktəblərə, kafe, restoranlara və şəhərin mərkəzi küçələrinə düşüb. 

Hazırda Ermənistan silahlı bölmələri tərəfindən Tərtər şəhərinə top mərmiləri atılmaqda davam edir. Azərbaycan Ordusu düşmənə layiqli cavab verir, döyüşlər davam edir. 

"Report" mərmi düşən evlərin fotolarını təqdim edir: 
 

Son xəbərlər

Orphus sistemi