Düşmənin Tərtərdə dağıtdığı mağazanın görüntüləri

Düşmənin Tərtərdə dağıtdığı mağazanın görüntüləri Noyabrın 8-i Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonunun Şıxar qəsəbəsi və Qazyan, Hüsənli, Əskipara və Səhlabad kəndlərini artilleriya atəşinə tutub.
Qarabağ
9 Noyabr , 2020 14:38
Düşmənin Tərtərdə dağıtdığı mağazanın görüntüləri
0 : 00
0 : 00

Noyabrın 8-i Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi və Qazyan, Hüsənli, Əskipara və Səhlabad kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən yenə də dinc sakinləri hədəfə alıb.

Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzində yerləşən geyim mağazasının yaxınlığına düşüb. Nəticədə mağazaya külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, ermənilər noyabrın 8-i səhər saatlarından başlayaraq Tərtər rayon ərazisinə ümumilikdə 133 top mərmisi atıb. Nəticədə 4 ev tamamilə dağılıb, 32 evə və bir neçə mağazaya ziyan dəyib. Bu gün isə düşmən tərəfindən ümumilikdə 24 top mərmisi atılıb, ölən və yaralanan olmayıb.

FOTO: Elçin Murad

Son xəbərlər

Orphus sistemi