MN: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var

MN: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var “Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var”.
Qarabağ
28 Sentyabr , 2020 11:56
MN: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var
Vaqif Dərgahlı

"Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir.

Qeyd edək ki, itkilərin sayının çox olması səbəbindən bir müddət sonra düşmən bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq", - o bildirib.

 Vaqif Dərgahlı
Vaqif Dərgahlı

Son xəbərlər

Orphus sistemi