​Düşmən təxribatı nəticəsində Azərbaycanın hərbi qulluqçusu yaralanıb

​Düşmən təxribatı nəticəsində Azərbaycanın hərbi qulluqçusu yaralanıb Müdafiə Nazirliyi: Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
Qarabağ
5 avqust 2016 08:37
​Düşmən təxribatı nəticəsində Azərbaycanın hərbi qulluqçusu yaralanıb

Bakı. 5 avqust. REPORT.AZ/ Avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçuya lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi