Düşmən Tərtərin Şıxarxı qəsəbəsinə top mərmiləri atıb

Düşmən Tərtərin Şıxarxı qəsəbəsinə top mərmiləri atıb Ermənistan silahlı qüvvələri Tərtər rayonunun yaşayış qəsəbəsini atəşə tutub.
Qarabağ
4793
1 Noyabr , 2020 13:40
Düşmən Tərtərin Şıxarxı qəsəbəsinə top mərmiləri atıb

Ermənistan silahlı qüvvələri Tərtər rayonunun yaşayış qəsəbəsini atəşə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən saat 10 radələrindən başlayaraq, artilleriyadan istifadə etməklə rayonun Şıxarxı qəsəbəsinə bir neçə top mərmisi atıb.

Sakinlər "Report"un əməkdaşına bildiriblər ki, ermənilər oktyabrın 31-i gecə saatlarında da Şıxarxı qəsəbəsini atəşə tutublar.

Atəş zamanı yaşayış evlərinə ziyan dəyib, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, əməkdaşımız qəsəbədə çəkiliş edən zaman da rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.

Foto/Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi