Ermənilər Tərtərə ümumilikdə 12 500 mərmi atıb, 600-dən çox mülki ev dağılıb

Ermənilər Tərtərə ümumilikdə 12 500 mərmi atıb, 600-dən çox mülki ev dağılıb Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri və ətraf kəndləri yenidən atəşə tutmaqda davam edir.
Qarabağ
5665
16 Oktyabr , 2020 19:37
Ermənilər Tərtərə ümumilikdə 12 500 mərmi atıb, 600-dən çox mülki ev dağılıb
0 : 00
0 : 00

Video əlavə olunub

16:50

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri və ətraf kəndləri yenidən atəşə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 16-da düşmən tərəfindən rayon ərazisinə 400-ə yaxın mərmi atılıb. Nəticədə 10-dan çox mülki evə ziyan dəyib.

Sentyabrın 27-dən oktyabrın 16-dək isə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilkdə 12 500 mərmi atılıb. Atılan top mərmiləri zamanı ümumilikdə Tərtər rayonunda 14 nəfər ölüb, 52 nəfər yaralanıb.

Ümumilikdə 116 mülki ev və 28 yardımçı tikililər tamamilə dağılıb.

Bundan başqa, 600-dən çox evə, 57 çoxmənzilli yaşayış binasına, 19 sosial obyektə, 8 istehsal obyektinə, 40 ticarət obyektinə, 18 inzibati binaya və 45 yardımçı tikililərə ziyan dəyib.

FOTO: ELÇİN MURAD

Son xəbərlər

Orphus sistemi