"Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrini OSA zenit-raket kompleksindən atəşə tutdurmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirmək istəyir. Düşmənin bundan sonra da elə təxribatlara əl atacağı istisna deyil".
Bunu “Report”a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.
Onun fikrincə, Ermənistan bu gərginlikdən istifadə edərək danışıqlara təsir göstərmək istəyir: "Bu onu göstərir ki,
"Bu onu göstərir ki, Dağlıq Qarabağda gərginlik artmaqda davam edir. Ermənilər belə təxribatlar törədəcəyini gizlətmirdi".
Şair RamaldanovПолковник запаса Шаир Рамалданов:
Ş.Ramaldanov əlavə edib ki, Azərbaycan müharibə şəraitindədir və belə hadisələr gözləniləndir: “Bizim Silahlı Qüvvələrimiz cəbhə bölgəsində hər an düşmənin istənilən təxribatına cavab verməyə hazır vəziyyətdədir. Ermənistan rəhbərliyi bundan nəticə çıxarmalıdırlar. Əgər düşmən ağıllanmasa, Azərbaycan bundan nəticə çıxarmalıdır və düşmənə öz gücünü göstərərək torpaqlarını azad edib ərazi bütövlüyünü bərpa etməlidir”.
