Bir sıra ölkələrdəki ermənilər döyüşmək üçün Dağlıq Qarabağa gəlib

Bir sıra ölkələrdəki ermənilər döyüşmək üçün Dağlıq Qarabağa gəlib Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır.
Qarabağ
11545
1 Noyabr , 2020 20:20
Bir sıra ölkələrdəki ermənilər döyüşmək üçün Dağlıq Qarabağa gəlib

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır.

Bu barədə “Report” "Reuters" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib. 25 ildən çoxdur ki, dağ anklavında baş verən ən ağır döyüşlər Ermənistanda kütləvi səfərbərliyə səbəb olub və dünyaya yayılmış diasporun hərəkətə keçdiyi müşahidə edilir.

Ermənistana təxminən 140 min ermənini yaşadığı Livandan gələnlər də az deyil. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib. Yerevanda döyüş təlimatçısı, yerli və xarici könüllüləri yetişdirən Karapet Agacanyan onun düşərgəsində təxminən 10 Livan ermənisinin təlim keçdiyini söyləyib.

Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan bildirib ki, 20-dək erməni özü Ermənistana gedib, lakin onların döyüşüb-döyüşmədiyi hələ bilinmir.

Erməni əsilli livanlılar döyüşlərdən hələ bir neçə ay əvvəl Beyrutdan Yerevana gediblər. Livanın iqtisadi çöküşü və daha sonra avqustda təxminən 200 insanın ölümü ilə nəticələnən Beyrut limandakı partlayış migrasiyanı sürətləndirib.

Lakin Erməni İnqilab Federasiyası partiyasının rəhbəri, Livanın deputatı Hagop Pakradounyan Livandan könüllüləri qeydiyyata alan və göndərən hər hansı bir təşkilatın olmadığını söyləyib.

Qeyd edək ki, ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyan məhv edilib.

Son xəbərlər

Orphus sistemi