Dünya Azərbaycanlıları Assambleyası ermənilərin hücumunu pislədi

Dünya Azərbaycanlıları Assambleyası ermənilərin hücumunu pislədi Dünya Azərbaycanlıları Assambleyası Brüsseldə və Los-Anceles şəhərlərində erməni diaspor fəallarınınazərbaycanlılara qarşı hücumu ilə bağlı bəyanat yayıb.
Qarabağ
3045
25 İyul , 2020 20:16
Dünya Azərbaycanlıları Assambleyası ermənilərin hücumunu pislədi

Dünya Azərbaycanlıları Assambleyası Brüsseldə və Los-Anceles şəhərlərində erməni diaspor fəallarının azərbaycanlılara qarşı hücumu ilə bağlı bəyanat yayıb.

Assambleyadan “Report”a verilən məlumata görə, bəyanatda deyilir:

"22 iyul 2020 tarixində Azərbaycan Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin əldə olunmuş atəşkəs razılaşmasının pozaraq hərbi təcavüz siyasətini davam etdirərək mülkü yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə zərbələr endirməsinə etiraz olaraq keçirdikləri dinc aksiyasına Ermənistan diaspor fəallarının kobud və qanunsuz müdaxiləsini qətiyyətlə pisləyir və qanunsuz əməlləri törədənlərin ciddi şəkildə cəzalanmasını həm Belçika, həm Amerika Birləşmiş Ştatları, həm də Belçika Krallığının hüquq-mühafizə orqanlarından tələb edirik.

Habelə bildiririk ki, bu qanunsuz əməllər nəticəsində Azərbaycan diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıtılara məruz qalıb, şüsələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobilini yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilib. Zorakılığa məruz qalaraq xəsarət almış soydaşlarımız xəstəxanaya yerləşdirilib və hazırda müalicələrini davam etdirirlər.

Bildirmək istəyirik ki, insan hüquqlarıyla bağlı beynəlxalq qanunlara əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Lakin, bu hüquqlar digər vətəndaşların hüquqlarını tapdamamalıdır. Sərbəst toplaşmaq hüququ təmin edilsə də, orda iştirak edən azərbaycanlıların təhlükəsizliyi və səfirlik binasının təhlükəsizliyi təmin olunmayıb. Belçika və Amerika polislərini vəzifələrini düzgün icra etməyə dəvət edirik. Təəssüf ki, Los-Anceles və Belçika polisi azərbaycanlıların təhlükəsizliyini təmin etməyib.

Həmin ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal baş vermiş xoşagəlməz hadisəylə bağlı hüquqi ölçü götürməyə dəvət edirik. Baş verəcək hər hansısa qanunazidd hadisələrə görə Ermənistan hakimiyyəti, Ermənistan səfirliyi və erməni diaspor liderləri məsuliyyət daşıyacaq.

Dünya Azərbaycanlıları Assambleyası diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır".

Son xəbərlər

Orphus sistemi