DSX: "Sərhəd Qoşunlarında Orxan Yaqubov adında hərbi qulluqçu xidmət etmir"

DSX: "Sərhəd Qoşunlarında Orxan Yaqubov adında hərbi qulluqçu xidmət etmir" "Bu məlumat tamamilə yalandır və təxribat xarakteri daşıyır"
Qarabağ
3 Sentyabr , 2015 15:29
DSX: Sərhəd Qoşunlarında Orxan Yaqubov adında hərbi qulluqçu xidmət etmir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya DSX-nın Füzuli rayonunda yerləşən hərbi hissəsinin hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Orxan Yaqubovun öldürüldüyü barədə yayılan məlumatlara münasibət bildirib. 

"Report"un xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirib ki, bu məlumat tamamilə yalandır və təxribat xarakteri daşıyır, Sərhəd Qoşunlarında Orxan Yaqubov adında hərbi qulluqçu xidmət etmir və ümumiyyətlə, belə bir hadisə baş verməyib.

Qeyd edək ki, ermənilərin "razm.info" saytında Dövlət Sərhəd Xidmətinin Füzuli rayonunda yerləşən hərbi hissəsinin hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Orxan Yaqubovun öldürüldüyü, Dövlət Sərhəd Xidməti tərəfindən isə hərbi qulluqçunun valideynlərinə onun intihar ertməsi barədə məlumat verildiyi, lakin qohumlarının onun xidmət yoldaşları tərəfindən qətlə yetirildiyini iddia etdikləri barədə məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi