Dövlət Komitəsinin sədri: “Minalar işğaldan azad edilmiş torpaqların bərpasına maneələr yaradır”

Dövlət Komitəsinin sədri: “Minalar işğaldan azad edilmiş torpaqların bərpasına maneələr yaradır” “İtaliya işğaldan azad edilmiş ərazilərin bərpası məsələsində Azərbaycanı dəstəkləyir”.
Qarabağ
24 May , 2022 19:12
Dövlət Komitəsinin sədri: “Minalar işğaldan azad edilmiş torpaqların bərpasına maneələr yaradır”

“İtaliya işğaldan azad edilmiş ərazilərin bərpası məsələsində Azərbaycanı dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ADA Universitetində keçirilən İtaliya Dizayn Günü çərçivəsində çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərində bir çox şəhərlərin dağıdıldığını, orada yeni – yaşamaq üçün daha rahat olan “ağıllı şəhərlər”in yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

“İtaliya bu işdə öz rolunu oynayır. İşğaldan azad edilmiş əraziləri bərpa edərkən biz ən yaxşı, qabaqcıl təcrübədən istifadə etmək istəyirik. İtalyan həmkarlar bizə dizaynda, eləcə də bərpa prosesində kömək edirlər. Biz artıq bəzi şəhərlərin baş planların hazırlanmasını başa çatdırırıq, daha sonra memarlıq işə başlaya bilər”, - A.Quliyev qeyd edib.

Dövlət Komitəsinin sədri minaların işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpasına maneələr yaratdığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi