Dövlət başçısı: "Kəlbəcər və Laçından çıxarkən vəhşilik törətdilər"

Dövlət başçısı: "Kəlbəcər və Laçından çıxarkən vəhşilik törətdilər" “Kəlbəcər və Laçın rayonlarında Ermənistan dövləti qanunsuz məskunlaşma siyasəti aparmışdır. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına zidd olan bir addımdır”.
Qarabağ
7 Dekabr , 2020 15:19
Dövlət başçısı: Kəlbəcər və Laçından çıxarkən vəhşilik törətdilər
İlham Əliyev

“Kəlbəcər və Laçın rayonlarında Ermənistan dövləti qanunsuz məskunlaşma siyasəti aparmışdır. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına zidd olan bir addımdır”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Ona görə bu rayonlarda bəzi yaşayış məntəqələrində bəzi evlər qalıb. Orada ermənilər yaşayıb. Ancaq noyabrın 10-dan dekabrın 1-nə qədərki o vaxt çərçivəsində onlar bu bölgələri tərk etməli idilər. Onlar orada da vəhşilik törətdilər. Evləri yandırdılar, sökdülər. Halbuki o evləri onlar yox, 30 il bundan əvvəl orada yaşamış azərbaycanlılar tikmişdilər. Meşələri yandırdılar, ağacları kəsdilər. Vəhşilik törətdilər”.

Son xəbərlər

Orphus sistemi