Dövlət Bahçeli: "Ermənilər Xocalıda soyqırım törədiblər və bunun qisası hələ alınmayıb"

Dövlət Bahçeli: "Ermənilər Xocalıda soyqırım törədiblər və bunun qisası hələ alınmayıb" “Əgər BMT-nin soyqırım cinayətlərinin qarşısının alınmasına dair Konvensiyasının 2-ci maddəsi ədalətli şəkildə şərh edilərsə, bu, təsdiqini tapar”
Qarabağ
27 Fevral , 2018 11:52
Dövlət Bahçeli: Ermənilər Xocalıda soyqırım törədiblər və bunun qisası hələ alınmayıb
Dövlet Bahçeli

Bakı. 27 fevral. REPORT.AZ/ “1992-ci ilin fevralın 25-dən 26-na kecən gecə erməni silahlı dəstələri Rusiya ordusunun 366-cı alayı ilə birlikdə Xocalı şəhərinə vəhşicəsinə hücum ediblər”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

O, Xocalıda soyqırm törədildiyini vurğulayıb: “Əgər BMT-nin soyqırım cinayətlərinin qarşısının alınmasına dair Konvensiyasının 2-ci maddəsi ədalətli şəkildə şərh edilərsə, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədildiyi mütləq təsdiqini tapar. Soyqırım cinayətinin mühakimə edəcək beynəlxalq məhkəmələr məlumdur. Erməni qatillər Rusiya hərbçiləri ilə birlıikdə 20-ci əsrin soyqırımlarından birini törədiblər. Xocalının harayı cavabsız qalıb, qisası alınmayıb. Bir milyon soydaşımızın yurd-yuvalarından məhrum edilməsi, qovulması cinyətdir.

Azərbaycanın ərazisinin 5-də biri Ermənistanın işğalı altındadır. ATƏT-in Minsk qrupu uzun illərdir gözlənilən fəaliyyətlə məşğul olmayıb. Erməni diasporunun ipinə dolaşanlar Xocalı ilə bağlı məsələdə fəaliyətsizdir. “Hamımız erməniyik!” şüarını söyləyənlər Xocalı soyqırımının ilhamvericiləridir. 1915-ci il hadisələri ilə bağlı ölkəmiz əleyhinə qərar qəbul edən qərb dövlətləri Xocalı hadisəsini necə izah edəcəklər? Hollandiya nə etmək istəyir? Bu ölkə Srebrenitsada törətdiyi zülmləri niyə pərdələyir? On altıncı əsrdə İstanbula gəlib əl-ətək öpdüklərini onlar yaddan çıxara bilər, amma biz unutmamışıq”.

Son xəbərlər

Orphus sistemi