Dmitri Peskov: "Yerevan qondarma DQR-in tanınması məsələsini Moskva ilə müzakirə etməyib"

Dmitri Peskov: "Yerevan qondarma DQR-in tanınması məsələsini Moskva ilə müzakirə etməyib" "Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kövrək atəşkəsi pozacaq addımlardan yan qaçacağına ümid edir"
Qarabağ
5 May , 2016 12:53
Dmitri Peskov: Yerevan qondarma DQR-in tanınması məsələsini Moskva ilə müzakirə etməyib

Bakı. 5 may. REPORT.AZ/ Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kövrək atəşkəsi pozacaq addımlardan yan qaçacağına ümid edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Jurnalistlərin qondarma Dağlıq Qarabağ Respublikasının tanınması məsələsi ilə bağlı Yeravanın Moskva ilə müzakirə aparıb-aparmamasıyla bağlı sualını cavablandıran D.Peskov belə şeyin olmadığını qeyd edib: "Xeyr, Yerevan qondarma Dağlıq Qarabağ Respublikasının tanınması məsələsini Moskva ilə müzakirə etməyib. Bu mövzuda qəbul edilən qərarları diqqətlə izləyirik. Və təbii ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kövrək atəşkəsi pozacaq və yekunda təmas xəttində gərginliyin artmasına səbəb olacaq addımlardan yan qaçacağına ümid edirik".

Son xəbərlər

Orphus sistemi