Dmitri Peskov Qarabağda baş verən hadisələrə münasibət bildirib

Dmitri Peskov Qarabağda baş verən hadisələrə münasibət bildirib “Bizim hərbçilər Azərbaycan və Ermənistan tərəflərilə təmasdadır. İndi əsas məsələ bütün tərəflərin müvafiq razılaşmaları yerinə yetirməyə davam etməsidir”.
Qarabağ
532
28 Mart , 2022 13:52
Dmitri Peskov Qarabağda baş verən hadisələrə münasibət bildirib
Dmitri Peskov

“Bizim hərbçilər Azərbaycan və Ermənistan tərəfləri ilə təmasdadır. İndi əsas məsələ bütün tərəflərin müvafiq razılaşmaları yerinə yetirməyə davam etməsidir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xatırladaq ki, martın 26-da səhər saatlarında dumanlı havada görüntü məsafənin az olmasını fürsət bilən qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusuna qarşı təxribat törətməyə cəhd göstərib. Qısa müddətdə görülən lazımi tədbirlərdən sonra onlar geri oturdulub.

Hadisə barədə Rusiya sülhməramlılarının komandanlığı və Rusiya – Türkiyə birgə Monitorinq Mərkəzi xəbərdar edilib.

Son xəbərlər

Orphus sistemi