Diplomatik korpus nümayəndələri və xarici jurnalistlər Şuşanın bir sıra yerlərində olublar

Diplomatik korpus nümayəndələri və xarici jurnalistlər Şuşanın bir sıra yerlərində olublar Azərbaycanda akkreditə olunan diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər Şuşaya səfər çərçivəsində Xan qızı Natəvanın evində olublar.
Qarabağ
9 Oktyabr , 2021 18:52
Diplomatik korpus nümayəndələri və xarici jurnalistlər Şuşanın bir sıra yerlərində olublar

Azərbaycanda akkreditə olunan diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər Şuşa şəhərinə səfər çərçivəsində Xan qızı Natəvanın evində olublar.

Bu barədə “Report” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Ölkəmizdəki diplomatik korpusların nümayəndələri və xarici jurnalistlər habelə dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər, Bülbülün ev muzeyində və Şuşanın mərkəzi meydanında da olublar. Diplomatlar eləcə də Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərinə, Qazançı kilsəsinə baş çəkiblər. Bildirilib ki, Azərbaycanın mədəniyyət paytaxtının bərpası işləri davam etdirilir.  

Qeyd edək ki, diplomatik korpusların press-attaşelərinin və xarici jurnalistlərin Şuşa şəhərinə səfəri dünən başlayıb.

Azərbaycanın mədəniyyət paytaxtında maraqlı proqram keçiriləcək. Bura digər görməli yerlərə gəzinti, yenidənqurma işləri ilə tanışlıq, Cıdır düzündə xalq musiqisini dinləmə daxildir.

Son xəbərlər

Orphus sistemi